Haluk Ağca: “Türkiyənin şəhərləri ilə Gəncə başda olmaqla digər regionlar arasında əlaqələri genişləndirməyə çalışacağam"

Artıq bu gündən Türkiyənin Gəncə şəhərində konsulu təyin edilən Haluk Ağca öz vəzifə səlahiyyətlərinin icrasına başlayıb. Diplomat bu gün Gəncənin 2504 yaşının qeyd olunması ilə bağlı düzənlənən bayram tədbirlərində də iştirak edib.

Konsulun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, Gəncə şəhərində fəaliyyətə başlamaq onun üçün çox önəmlidir. "Azəri qardaşlarımızın arasında işləmək mənim üçün çox böyük önəm daşıyır və qürurverici haldır. Onu deyə bilərəm ki, fəaliyyətim dönəmində Türkiyənin müxtəlif şəhərləri ilə Gəncə başda olmaqla digər regionlar arasında mədəni, sosial, iqtisadi əlaqələri genişləndirməyə çalışacağam. Bayram günlərindən sonra ilk işim isə bölgədə olan rayon və şəhər icra hakimiyyəti başçıları ilə görüşməkdir", - deyə konsul bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...