Mike Hardy: "Müzakirə olunan mövzular çox əhəmiyyətlidir"

BMT Sivilizasiyalar Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumu çərçivəsində bölmə iclasları davam edir. SİA-nın xəbərinə görə, Bakı prosesi: Qlobal Mədəniyyətlərarası dialoq üçün yeni çağırışlara cavab adlı bölmə iclasında çıxış edən Conventry Universitetinin professoru və İnam, Sülh və Sosial Əlaqələr üzrə Mərkəzin direktoru Mike Hardy tədbirin keçirilməsinə görə Azərbaycan rəhbərliyinə təşəkkürünü bildirib.

O, Bakı prosesinin vacibliyindən danışıb. Onun sözlərinə görə Bakı prosesi unikaldır: "Burada müzakirə olunan mövzular çox əhəmiyyətlidir. Biz bu cür müzakirələri davam etməli, ölkələrarası mədəni dialoqları artırmalıyıq".

Daha sonra çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev söyləyib ki, güclü tərəfdaşlar olmasaydı, Bakı prosesindən danışmaq olmazdı: "Bakı prosesi diplomatik termin olaraq artıq dünya səviyyəsində qəbul olunub. Bakı elə bir məkandır ki, Azərbaycan bu kimi tədbirlərə ev sahibliyi etməyə qadirdir. Bakı prosesi müvəqqəti baxış deyil. Azərbaycanda hər 8-ci vətəndaş məcburi köçkün statusu alıb. Böyük çağırış və problemlərə məruz qalmışdı. Bu artıq keçib və tarixə çevrilib. Biz bunu bölüşməyə hazırıq. Azərbaycanın mədəniyyətinin yeni vizyonunu artıq dünyaya nümayiş etdirmişik. Biz Azərbaycan məsuliyyəti ilə fəxr edirik. Düşünürük ki, bu hisslər dünya ilə paylaşılmalıdır və bu mədəniyyətlərarası dialoqun bir hissəsidir. Biz əlimizdən gələni etməliyik ki, mədəniyyət təşviq olunsun".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...