YAP Yasamal rayonu “N.Nərimanov pr.101” (M.N.Tusi adına 173 nömrəli tam orta məktəb) ünvanı üzrə ərazi partiya təşkilatında hesabat-seçki iclası keçirilib. İclasda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, sədr müavini Elnarə Mustafayeva və ərazi üzrə Yeni Azərbaycan Partiyasının üzvləri iştirak edib. İclası giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsində və inkişafında mühüm rol oynayıb. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi müdrik daxili və xarici siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd olunub ki, Ali Baş Komandanın rəhbərliyi altında qısa zaman ərzində ərazi bütövlüyümüzün bərpası iqtisadiyyatımızın davamlı inkişafı üçün yeni imkan və perspektivlər açır. İşğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işləri, infrastruktur layihələrinin icrası uğurla davam etdirilir. Öz hərbi və siyasi gücünü nümayiş etdirərək tarixi Qələbə qazanan Azərbaycan şərəfli tarixinin ən yadda qalan, şanlı və qürurlu dövrlərindən birini yaşayır. B.Nəbiyev “N.Nərimanov pr.101” ünvanı üzrə ərazi partiya təşkilatının hesabat seçki iclasının iştirakçılarına fəaliyyətlərində uğurlar diləyib və partiyanın ictimai-siyasi həyatında aktiv olmağa çağırıb.

İclasda çıxış edən M.N.Tusi adına 173 nömrəli tam orta məktəbin direktoru Ləman Hacıyeva partiyanın yaranma tarixindən, partiyanın qurucusu ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyanın bu gün gördüyü işlərdən, YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafına verdiyi töhfələrdən danışıb. Ötən dövrlər ərzində görülən işlər barədə məlumat verib. Daha sonra hesabat səsə qoyulub və yekdilliklə qəbul edilib. İclasda YAP Yasamal rayonu, “N.Nərimanov pr.101” ünvanlı ərazi partiya təşkilatına yeni sədr və müavinin seçilməsi məsələsinə baxılıb. Ərazi partiya təşkilatının sədri vəzifəsinə M.N.Tusi adına 173 nömrəli tam orta məktəbin direktoru Ləman Hacıyeva, sədr müavini vəzifəsinə isə direktor müavini Gülnar Məmmədzadənin namizədliyi irəli sürülüb. Səsvermə nəticəsində Ləman Hacıyeva ərazi partiya təşkilatının sədri, Gülnar Məmmədzadə isə sədr müavini seçilib.

Nəzakət

Bütün xəbərlər Facebook səhifəmizdə