Ekologiya və ətraf mühitin mühafizəsi dövlətimizin ekoloji siyasətinin əsas istiqamətidir – TƏHLİL

Təbiətin qorunması, bizi əhatə edən ətraf mühitin mühafizəsi hər zaman olduğu kimi, daim diqqət mərkəzindədir. Bütün dünyada təbiətin, fauna və floranın, eləcə də təbii ehtiyatların mühafizəsinə, bərpasına xüsusi önəm verilir. Bunun üçün isə ilk növbədə ekologiyanın qorunması ən vacib şərt kimi qəbul edilir, çünki ekoloji problemlərin yaranması ətraf mühit üçün ən arzuolunmaz haldır.

Ekoloji təhlükəsizliyin təmin olunması hər zaman olduğu kimi öz aktuallığını qoruyub saxlayır. Bunun üçün isə ətraf mühitin çirklənməsini minimuma endirmək ən vacib şərt hesab olunur. Təbiətin mühafizəsi, təbii ehtiyatlardan, təbii sərvətlərdən səmərəli istifadə edilməsi də öz növbəsində həm gələcək nəsillərin tələbatının ödənilməsinə, həm də onların tullantılarının ətraf mühiti çirkləndirməməsinə hesablanıb. Məhz təbii sərvətlərdən səmərəli istifadə etməklə həmin ehtiyatları gələcək nəsillər üçün miras qoymuş oluruq və eyni zamanda düşünülmüş, məqsədyönlü şəkildə yararlanmaqla onların tullantı halına gəlməsinin qarşısını alırıq ki, bu da ətraf aləmin çirklənməməsi üçün vacib şərtdir. Bütün bunlar nəzərə alınaraq, təbiətin mühafizəsi, ətraf mühitin, fauna və floranın qorunması, təbii sərvətlərdən səmərəli istifadə edilməsi Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqaməti olaraq qəbul edilib.

Sözsüz ki, insan cəmiyyəti inkişaf etdikcə, sivilizasiyalı cəmiyyət yarandıqca, müxtəlif texniki vasitələr kəşf edildikcə, həmin vasitələrlə insanların təbiətə vurduqları zərər də artmış olur. İnsan həyatının rahatlığı üçün, insanların istifadəsi üçün yaradılan texniki vasitələrin, onların mühərriklərinin işləməsi zamanı təbii ki, ən azından atmosferə zərərli qazlar buraxılır və bu özü də ətraf aləmin mühafizəsinə, qorunub saxlanmasına öz mənfi təsirlərini göstərir. Bəzən hətta həmin texniki vasitələrin istifadəsi zamanı normativ qaydalara əməl edilmir ki, bunun da nəticəsində həm tullantıların miqdarı artır, həm də zərərli qazların atmosferdə payı, nisbəti çoxalır.

Bilirik ki, neft və neft məhsulları insanların ictimai həyatında əvəzolunmaz hesab olunur və bu gün neftdən hazırlanan məhsulların sayı olduqca çoxdur. İnsanlar neft məhsullarını gündəlik həyatlarında bir çox sahələrdə istifadə edirlər. Məişətimizdən tutmuş nəqliyyata qədər, az qala hər yerdə neft məhsullarının istifadə edildiyinin şahidiyik. Müasir dövrdə texniki vasitələrdən, nəqliyyatdan yararlanmaq üçün neft və neft məhsullarının, yanacağın istifadəsi qaçılmazdır. Həmin məhsulların istifadəsi zamanı isə tullantıların əmələ gəlməsi də labüddür. Lakin insan cəmiyyəti həmin tullantıların minimuma endirilməsinə çalışmalı, hətta buna nail olmalıdır. Əks halda, ətraf mühiti elə insan cəmiyyəti özü çirkləndirər, təbiətin, fauna və floranın mühafizəsinə, bərpa olunmasına nail olmaq mümkün olmaz və bu da ekoloji tarazlığın pozulmasına gətirib çıxarar. Ekoloji tarzlığın pozulması isə qlobal problemlərin əmələ gəlməsi və daha dəhşətli nəticələr deməkdir. Deməli, birinci növbədə ekoloji tarazlığın qorunması nəzərə alınmalıdır və bunun üçün də ən vacib məqam, ən vacib şərt məhz qeyd olunan, ağır, dəhşətli nəticələrə gətirib çıxara biləcək məsələlərə darnaqarası yanaşmamaq gərəkir.

Azərbaycan neft hasil edən, ixrac edən ölkədir və neftin hasil olunması zamanı səmərəlilik nəzərə alınmazsa bu, tullantıların həcminin artmasına, ətraf aləmin çirklənməsinə, ekoloji tarazlığın pozulmasına səbəb ola bilər. Təbii ki, bütün bunlar nəzərə alınır və Azərbaycanda yürüdülən ekoloji siyasətin əsas məqsədi, qayəsi də məhz ekoloji tarazlığın poulmasının qarşısının alınmasını təmin etməkdir. Məqsədimiz həyat fəaliyyətini təmin edə biləcək ekosistemlərin və biomüxtəlifliyin qorunub saxlanmasına, meydana çıxa biləcək ciddi ekoloji problemlərin qarşısının alınmasına nail olmaqdır. Məhz buna görə də, yaranan ekoloji problemlər təhlil edilib, onların kompleks həllinə yönəldilən və davamlı inkişaf prinsiplərinə əsaslanan milli və dövlət proqramları təsdiq edilib, illər ərzində onların icrası istiqamətində tədbirlər görülüb. Ölkəmizdə qoruq və yasaqlıqların ərazisinin genişləndirilməsi, milli parkların yaradılması görülən tədbirlər sırasındandır və bütün bunlar da sözsüz ki, ətraf mühitin qorunmasının gücləndirilməsi istiqamətində atılan addımlar kimi dəyərləndirilir.

Müstəqilliyimizin yenidən bərpa olunmasından sonra Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində aparılan ekoloji siyasət yeni bir mərhələyə qədəm qoyub daha mükəmməl şəkildə aparılır. Respublikamızda aparılan ekoloji siyasətə dair ilk sənəd "Dayanıqlı inkişaf" prinsiplərinə əsaslanan "Azərbaycan Respublikasının ekoloji Konsepsiyası" hesab olunur. Ölkə üçün ətraf mühitin mühafizəsi baxımından üstün əhəmiyyətli olan problemlərin həlli üzrə əsas prinsiplər həmin Konsepsiyada öz əksini tapır.

Göründüyü kimi, Azərbaycanda ətraf mühitin qorunması dövlət siyasətinin prioritetlərindəndir və bu məsələ ölkə rəhbəri, cənab Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. Ekologiyanın, ətraf mühitin mühafizəsi istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi müxtəlif tədbirlər həyata keçirir. Ekologiyanın, ətraf mühitin, təbiətin qorunması ilə yanaşı, bərpasına da xüsusi diqqət var. Ölkəmizdə yaşıllıqların salınması, onların sahələrinin daha da artırılması istiqamətində əməli tədbirlər görülür. Yaşıllıqların məhv edilməsinin qarşısının alınması istiqamətində inzibati tədbirlərlə yanaşı, ictimai qınaq da əhəmiyyətli rol oynayır.

Ümumiyyətlə, təbiətin, ətraf mühitin, ekologiyanın qorunması istiqamətində maarifləndirmə tədbirləri də xüsusilə effektiv olur. İnsanlar başa düşürlər ki, təbiəti mühafizə etməli, qorumalı, ekoloji problemlərə səbəb ola bilən nə varsa hamısının qarşısını almalıdırlar. Başa düşürlər ki, əks halda bunun mənfi təsirləri ilə bütün insan cəmiyyəti qarşılaşmalı olar və qlobal müstəvidə ekoloji tarazlığın pozulması nəticəsində çox ağır nəticələrlə üzləşməli olarlar.

Müəllif: İnam Hacıyev

6.3.17. “ Ekologiya və ətraf mühitin mühafizəsi”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə