Pozitiv azadlığa görə, insan özü barədə qərar verməyə, seçim etməyə, öz potensialından istifadə qadirdir. Digər tərəfdən o müəyyən qədər öz muxtariyyətinə də sahib olmalıdır. Pozitiv azadlıq eyni zamanda ümumi və xüsusi azadlıqlara da bölünür. Pozitivçilərə görə azad olmamağın tək səbəbi kənardan müdaxilə deyil, buna insanın özü də səbəb ola bilər. Bir insanın söz azadlığının olması onun pozitiv azadlığı ola bilər. Bu sayədə insan öz şəxsi düşüncəsini yayır, fikirlərini azad buraxaraq öz pozitiv azadlığını əldə edir. Bu nəzəriyyəyə inanlara görə, insanın azadlığına onun daxili azadlığı da təsir edə bilər. Con Kristman iddia edir ki, eyni zamanda fərdin xarakterinin formalaşmasında başqasının rolu varsa bu birbaşa qeyri-azadlıqdır.

Göründüyü kimi pozitiv azadlıq daha həssas və radikal qavramdır. Buna görə də bir insanın bu cür yaşaması mümkünsüzləşir. Günümüzdəki ən liberal quruluşa sahib ölkədə belə pozitiv azadlığın tam təminatı yoxdur. Pozitivçi bir insanın özünü xoşbəxt saydığı quruluş anarxizm kimi görünür. Məsələn bir alkaqolik yazıçıya içkini qadağan etmək onu bir yazıçı kimi məhsuldarlığını artıra bilər. Amma o bu inkişaf xarici təsir nəticəsində əldə edilir deyə, bu oun azadlığını artırsa da o, qeyri-azad sayılır. Beləliklə demək olar ki, alkaqolik yazıçının içki ilə bağlılığı onun şəxsi seçimidirsə bu onun öz xoşbəxtliydir. Yəni o həqiqətən düşünür ki, içkili halda yazmaq daha rahatdır. O öz qərarını şəxsi mühakiməsi əsasında veribsə onu dəyişmək olmaz. Yox əgər aludəçilik bu yazıçıda yad təsir və ya travma əsasında yaranıbsa onu dəyişdirmək onun azadlığını artırır.

Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə