"Ölkənin iqtisadi uğurları Heydər Əliyevin mükəmməl inkişaf strategiyası sayəsindədir" - DEPUTAT DANIŞDI

“Müasir müstəqil Azərbaycanın 30 illik uğurlu inkişafında və dayanıqlı sosial rifahın təmin edilməsində Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu mükəmməl inkişaf strategiyası dayanır. Müasir Azərbaycan dövlətinin memarı olan Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etməyə başlaması ilə ölkənin tarixində yeni səhifə açıldı. Ölkəmizin regionda əsas iqtisadi güc mərkəzinə çevrilməsi, modernləşməsi və daha da qüdrətli dövlət statusu əldə etməsində və müasir iqtisadi intibah mərhələsinə daxil olmasında Onun təməlini qoyduğu uzaqgörən müdrik iqtisadi siyasətin nətincəsində mümkün olub. Məhz bu iqtisadi baza əsasında Azərbaycan misli görünməmiş quruculuq işləri apararaq iqtisadi, sosial sahələrdə möhtəşəm uğurlara imza atıbdır”. Bu barədə SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.
Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyev ölkədə siyasi sabitlikliklə yanaşı, iqtisadi stabilyi də bərqərar etdi, qısa müddətdə irimiqyaslı iqtisadi islahatlara başlanıldı: “1994-cü ildə dünyanın aparıcı neft şirkətləri ilə "Əsrin müqaviləsi"nin imzalandı və bununla da ölkənin enerji təhlükəsizliyinin və gələcək inkişafının dayağı olan maliyyə imknalarının formalaşmasının möhkəm təməli qoyuldu, ölkədə azad biznes mühitinin təmin edilməsi, yerli və xarici sərmayəsilərin hüquqlarının etibarlı şəkildə qorunması, onların fəaliyyətini tənzimləyən hüquqi normativ sənədlərin qəbul olunması islahatların əsas məqamlarından biri sayılır. Bu məqsədlə çoxmülkiyyətli bazar iqtisadiyyatının qanunvericilik bazası yaradıldı. "Antiinhisar fəaliyyəti haqqında", "Haqsız rəqabət haqqında", "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Maliyyə sənaye qrupları haqqında" "Sahibkarlıq haqqında" qanunların qəbul edildi. 1995-ci ildə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkəmizin iqtisadi qanunlarının Avropa standartlarına uyğunlaşdırılmasını təmin etdi. Bazar iqtisadiyyatının əsas tələbi olan özəlləşdirmə siyasətini həyata keçirdi. İlk növbədə torpaq mülkiyyətinin özəllləşdirilməsinə başlandı. 1995-1996-cı illlərdə aqrar islahatların keçirilməsi sayəsində MDB ölkələrinin heç birində başlanmamış torpaq islahatı konsepsiyası həllini tapdı, Azərbaycan vətəndaşları yararsız və ya az yararlı torpaqlarla deyil, keçmiş kolxoz və sovxozların ən yararlı və münbit torpaqları ilə təmin olundular”.
Millər vəkili qeyd edib ki, Heydər Əliyev həm də yerli sahibkarların və xarici sərmayəçilərin dayağı idi: “Ölkəyə əcnəbi iş adamlarının gəlməsi və sərmayə qoyması, layihələr həyata keçirməsi üçün bütün şəraiti yaratmışdı. Ölkəmizdə fəaliyyət göstərən xarici sahibkarlarla görüşdə bildirirdi ki, Azərbaycanda bazar iqtisadiyyatını inkişaf etdirmək üçün xarici sərmayələrin cəlb olunması sahəsində ardıcıl siyasət aparılır və konkret tədbirlər görülür. “Xarici ölkələrin biznes nümayəndələri ilə daha yaxın münasibətlər yaratması məqsədi daşıyır. Bu münasibətlər də yalnız və yalnız Azərbaycanda biznesin inkişafını təmin etməkdən, xarici sərmayəni daha çox cəlb etməkdən və 2002-ci ilin aprel-may aylarında yerli və xarici iş adamları ilə keçirilən görüşlərin nəticələri daha yaddaqalan olub və nəticələri iş adamları tərəfindən bu gün də yüksək qiymətləndirlir. Həmin görüşlərdə sahibkarlığın inkişafı üçün səmərəli təklifləri müsbət dəyərləndirən dövlət başçısı onların təkliflərini nəzərə alaraq regionlarda bizneslə məşğul olmağa geniş imkanlar yaradan mühüm sərəncamlar imzazladı.
Aparılan islahatlar Azərbaycanın yüksək iqtisadi inkişafını təmin etdi.1995-2003-cü illər ərzində ölkəmizdə böyük sosial-iqtisadi dəyişikliklər müşahidə olunmağa başladı. Məsələn, 1994-cü ildə minimum pensiya məbləği təxminən 1 manat təşkil etdiyi halda, bu rəqəm 2003-cü ildə 20 manatı ötdü. Orta aylıq əmək haqqı isə təxminən 5 dəfə artdı. 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 95 faiz, sənaye məhsulunun həcmi 25,7 faiz, kənd təsərrüfatı istehsalının həcmi 53,9 faiz, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, xarici ticarət dövriyyəsi 4 dəfə, orta aylıq real əməkhaqqı 5,1 dəfə artdı. İnflyasiya səviyyəsi isə 2-3 faizə endirildi. Büdcə gəlirləri 1995-cii ildə 500 milyon manat olduğu halda 2003-cü ildə 1,5 milyard manatı ötdü. 2003-cü ildə dövlət büdcəsinin gəlirləri 1,5 milyard manatı, xərcləri isə 1,7 milyard manat təşkil etdi. Bu illər ərzində bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların üamumi həcmi 20 milyard ABŞ dollarını keçdi”.
A.Hüseynov bildirib ki, xalqımızın 30 illik torpaq həsrətinə son qoyan 44 günlük İkinci Qarabağ müharibəsində qazanılmış şanlı Zəfərimizin təməlində də Heydər Əliyevin müasir milli Ordu quruculuğu dayanır: “Onun hələ birinci hakimiyyəti dövründə, ötən əsrin 70-ci illərdinə Azərbaycanda milli hərbi kadrların hazırlanması, C.Naxçıvanski adına hərbi Məktəbin yaradılması, milli ruhda hərbi kadrların yetişdirilməsi müstəqil Azərbaycanın qüdrətli Ordusunun formalaşmasında mühüm rol oynadı. Ulu öndərin ikinci hakimiyyəti illərində Ordumuz daha da gücləndi, Cənab İlham Əliyevin Ali Baş Komandan kimi dəmir iradəsi və qətiyyəti, sayəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü və məğlubedilməz Ordusuna çevrildi və Vətən müharibəsində Ermənistanı darmadağın etdi, rəşadətli Ordumuzun gücü, xalqımızın dəmir yumruq kimi birliyi dünyaya nümayiş etdirildi. Bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ən qüdrətli dövrünü yaşayır”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə