Fransada futbol meydançasına ildırım düşüb...

ölən və yaralananlar var

Fransanın Pa-de-Kale əyalətində futbol meydançasına ildırım düşməsi nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
SİA xəbər verir ki, “Le Figaro” qəzetinin yaydığı məlumata görə, Pas-de-Kale əyalətinin Lens şəhəri yaxınlığındakı Kuryeresdəki futbol meydançasına ildırım düşüb.
Bölgə Valiliyindən verilən açıqlamaya görə, hadisə futbolçular məşq edərkən baş verib.
İldırım vurması nəticəsində 1 nəfər ölüb, 1 nəfər ağır olmaqla 2 nəfər yaralanıb.
Qeyd edək ki, Meteorologiya xidməti Meteo France Pas-de-Kale əyalətində narıncı kodla xəbərdarlıq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə