Oğlunu köpək balığından xilas edərkən...

Məşhur meksikalı musiqiçi Anxel Martinez Arreqinin ailəsində faciə yaşanıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, ifaçının 26 yaşlı qızı Mariya Fernanda 5 yaşlı oğlunu köpək balığının hücumundan xilas edərkən dünyasını dəyişib.

Hadisə dekabrın 2-də gənc qadının oğlu ilə birlikdə çimdiyi Xaliskoda turizm bölgəsindəki çimərlikdə baş verib.

Belə ki, köpəkbalığı qəfil onlara yaxınlaşanda Mariya uşağı rezin qayığa mindirə bilib. Bundan sonra köpək balığı qadını suyun altına sürükləyib.

Xilasetmə xidmətinin rəhbərinin sözlərinə görə, Mariyanın cəsədi sahilə çıxarılanda bədbəxt qadında “heç bir həyat əlaməti olmayıb”.

Qeyd edək ki, kədərli məlumat təsəllisiz atanın musiqi qrupunun hesablarında da təsdiqləndi.

Yeri gəlmişkən, bu ilin avqust ayında Recoditos qrupunun vokalisti Luis Angelin 21 yaşlı qızı Maria Fernanda səhər tezdən otelin yaxınlığında dənizdə boğularaq ölüb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə