Qəbul imtahanlarında iştirak etmək üçün 62779 nəfər elektron ərizəsini təsdiqləyib

Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu davam edir. TQDK-dan SİA-ya verilən xəbərə görə, 2012/2013-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər mayın 16-dək internet vasitəsilə elektron ərizələrini doldurmalıdır. Mayın 18-dək tələb olunan sənədləri Sənəd Qəbulu Komissiyalarına (SQK) təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər.

Bölmə və ixtisas qrupları üzrə təsdiqlənmiş elektron ərizələrin sayı gəlincə, Azərbaycan bölməsi üzrə 53687 ərizə təsdiqlənib ki, bunun da 16905-i I qrup, 12172-si II qrup, 17148-i III qrup, 7462-i isə IV qrupun payına düşür. Rus bölməsi üzrə isə I qrupda 2806, II qrupda 2614, III qrupda 2649, IV qrupda 1023 nəfər sənədini təsdiqləyib ki, bu da ümumilikdə 9092 edir.

Ali məktəblərə imtahan vermək üçün cəmi 62779 nəfər öz elektron ərizələrini təsdiqlədib ki, bunun da 19711-i I qrup, 14786-sı II qrup, 19797-si III qrup, 8485-i isə IV qrupun payına düşür. Ümumilikdə 62779 nəfər elektron ərizəsini təsdiqləyib ki, onlardan da 53687-si Azərbaycan, 9092-si rus bölməsi təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə