FES uçot dərəcəsinə dəyişiklik edəcək

Qlobal iqtisadiyyat tam şəkildə ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsində edəcəyi dəyişikliklərdən asılı vəziyyətə düşüb. FES-in qərarlarını isə birbaşa qlobal iqtisadiyyatın artım dərəcəsi müəyyən edir. SİA xəbər verir ki, maliyyə bazarları 2016-cı ildə FES-in uçot dərəcəsini iki dəfə artırmasını proqnozlaşdırarkən getdikcə bu proqnozlar öz dəqiqliyini itirir. Maliyyə bazarları zaman keçdikcə qlobal iqtisadi artım tempinin aşağı olması səbəbindən nəinki 2016-cı ildə FES-in faizləri yüksəltməyəcəyini, hətta bəzi analitiklər aşağı sala biləcəyini ehtimal etməyə başlayıblar.

Qeyd edək ki, keçən həftə Beynəlxalq Valyuta Fondu (IMF) qlobal iqtisadi artım tempi proqnozlarını yeniləyib. Hesabata əsasən, qlobal iqtisadi artım yanvar ayı hesabatındakı 3,4% əvəzinə, azalaraq 3,2% olacağı ehtimal edilib. ABŞ da daxil olmaqla, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin iqtisadi artım templəri 0,2% aşağı çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə