Neftin qiymətində bahalaşma qeydə alınıb. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti 1 barelə görə 0,55 dollar artaraq 43,73 dollar təşkil edib. Londonun ICE birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,58 dollar artaraq 45,11 dollar olub.

Azərbaycan neftinin də qiyməti bahalaşıb. Ən son hərraclarda "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti isə 0,51 dollar bahalaşaraq 45,42 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə