Neftin qiyməti 45 dolları keçdi

23 Aprel 2016 09:28 (UTC+04:00)

Neftin qiymətində bahalaşma qeydə alınıb. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti 1 barelə görə 0,55 dollar artaraq 43,73 dollar təşkil edib. Londonun ICE birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,58 dollar artaraq 45,11 dollar olub.

Azərbaycan neftinin də qiyməti bahalaşıb. Ən son hərraclarda "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti isə 0,51 dollar bahalaşaraq 45,42 dollar təşkil edib.