Musiqi məktəbinin şagirdləri beynəlxalq müsabiqədə uğur qazanıb FOTOLAR

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbinin şagirdləri “Art Olimpiya” V beynəlxalq incəsənət müsabiqəsində uğurla iştirak ediblər.

İdarədən SİA-ya bildirilib ki, Azərbaycanda ilk dəfə onlayn keçirilən müsabiqədə məktəbin şagirdləri Gülüstan Mirzəyeva və Xəlil Mütəllibov uğurla çıxış ediblər və münsiflər heyətinin qərarı ilə “Yunior 2” yaş qrupunda, “fortepiano dueti” nominasiyasında 1-ci yerə layiq görülüblər.

Müsabiqədə şagirdlər bəstəkar Arif Məlikovun fortepiano üçün yazılmış "Skertso" əsərini ifa ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə