Nizami Kino Mərkəzində “Silahdaşlar” sənədli filminin təqdimatı olub

Yanvarın 17-də Nizami Kino Mərkəzində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

SİA xəbər verir ki, 20 Yanvar şəhidlərinin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan anım tədbirində “Azərbaycanfilm” kinostudiyasının əməkdaşları tərəfindən lentə alınan “Silahdaşlar” sənədli filminin təqdimatı da olub.

Tədbiri açan filmin rejissoru, Əməkdar incəsənət xadimi Nizami Abbas ekran əsərinin ərsəyə gəlməsindən bəhs edib. Rejissor 30 il keçməsinə baxmayaraq, həmin hadisələrin sanki dünən baş verdiyini bildirib.

Qeyd edib ki, bu filmdə onlar Qanlı Yanvar hadisələri zamanı hansı şəraitdə işlədiklərini göstərmək istəyiblər. Bildirib ki, filmdə 20 Yanvar faciəsindən əvvəl və sonra baş verən hadisələr əksini tapıb.

Ekran əsərinin ssenari müəllifi Ramiz Fətəliyevdir.

Bütün xəbərlər Facebook səhifəmizdə