Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə "Don Kixotun yubileyləri: Servantesin romanı-400, Q.Qarayevin "Don Kixot" simfonik qravürləri-55" adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək "Roman, qravürlər, kino, musiqi: Qara Qarayevin "Don Kixot" simfonik qravürlərinin üzərində düşünərkən" mövzusunda məruzə ilə çıxış edib.

Muzeyin nəzdində fəaliyyət göstərən Klassik Musiqi Həvəskarları Klubunun və musiqi ictimaiyyətinin iştirakı ilə keçirilən tədbir ispan yazıçısı Migel de Servantesin dünya ədəbiyyatının ən məşhur romanlarından sayılan "Ağıllı zədəgan Don Kixot" əsərinin 400 illiyinə həsr edilib.

Tədbirdə "Don Kixot" simfonik qravürlərindən videofraqmentlər nümayiş etdirilib.

Sonra beynəlxalq müsabiqələr laureatı Ümidə Abbasova və Səidə Tağızadənin repertuarında simfonik qravürlərdən canlı ifalar səsləndirilib. Tədbir "Don Kixot" bədii filminin nümayişi ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...