Gürcüstan müxalifəti Tbilisidə yolu bağlayıb

Gürcüstan müxalifəti Tbilisidə parlamentin binası önündə etiraz aksiyasını noyabrın 15-də davam etdirib. Bu aksiyada 1000 nəfərə yaxın insan iştirak edib. Tbilisidəki mərkəzi Rustaveli prospekti bağlanıb, müxalifət nümayəndələri parlamentin binası qarşısında çadırlar qurublar. Bir qrup aksiya iştirakçısı dünən gecədən bu çadırlarda qalıb. Onlar aksiyanı bu gecə də çadırlarda davam edəcəklər.

Rustaveli prospektində avtomobillərin hərəkətində məhdudiyyətlər yaranıb. Polis təhlükəsizlik tədbirlərini gücləndirib. Əraziyə təcili tibbi yardım maşınları cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...