İstanbulda bələdiyyə seçkiləri ilə bağlı son qərar gələn həftə veriləcək

Martın 31-də Türkiyədə keçirilən bələdiyyə seçkiləri ilə bağlı ölkənin hakim Ədalət və İnkişaf Partiyası tərəfindən ölkənin Ali Seçki Komissiyasına İstanbul seçimlərinə etiraz olaraq göndərdiyi məktubla bağlı son qərarın mayın 3-də veriləcəyi gözlənilir.

AZƏRTAC xəbər verir ki, seçkilərə etiraz olaraq yeni qərarlar verilib. Bu qərarlarda İstanbulun bəzi rayonları üzrə səslərin yenidən sayılması nəzərdə tutulub. Yenidən sayıma dair qərar aidiyyəti rayonlara aprelin 29-da göndəriləcək və tamamlanması üçün 5 gün möhlət veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə