Myanmanın şərqində yerləşən Şan ştatında anbarda baş verən partlayış nəticəsində azı 16 nəfər ölüb, daha 48 nəfər yaralanıb. RİA "Novosti" xəbər verir ki, bu barədə "Sinhua" məlumat yayıb.

Bildirilir ki, partlayış şənbə günü "Ba atom bölgəsi" ərazisində yerləşən Monqmao şəhərində baş verib. Anbarda tikinti materialları, qaz balonları və partlayıcı maddələr olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...