Yaponiyada əyləncə mərkəzi yanıb, 4 nəfər həlak olub

Yaponiyanın Saytama prefekturasındakı əyləncə mərkəzlərindən birində baş verən yanğın 4 nəfərin ölümünə səbəb olub, bir nəfərin isə vəziyyəti ağırdır. AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, yanğın nəticəsində 11 nəfər xəstəxanaya yerləşdirilib. Həlak olanları üçü qadın, biri isə kişidir.

Məlumatda qeyd edilir ki, yanğınsöndürənlər hadisə yerində daha bir nəfərin cəsədini aşkar ediblər. Yaponiya qanunlarına əsasən yanğınsöndürənlər bu hadisəni ölüm faktı kimi qeydə ala bilməzlər, bunu yalnız həkimlər etməlidirlər. Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə