Putindən qoşunların Suriyadan çıxarılması ilə bağlı ƏMR

Rusiya prezidenti Vladimir Putin Rusiya qoşunlarını Suriyadan çıxarılması ilə bağlı əmr imzalayıb. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, əmrdə deyilir: "Rusiya hərbi birləşmələrinin daimi dislokasiya yerinə qaytarmağa başlamalarını əmr edirəm".

Rusiya Dövlət Dumasına da yaxın vaxtlarda Rusiya qoşunlarının Suriyadan çıxarılması barədə məlumat verilib. Bir müddət öncə Rusiya xarici işlər naziri Sergey Lavrov isə Suriyada "İslam dövləti" nin tam məğlub olduğunu elan etdi.

Qeyd edək ki, "İslam dövləti" bir sıra ölkələrdə, o cümlədən Rusiyada fəaliyyəti qadağan edilən terrorçu qrupdur.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə