ABŞ-da silahlı hücum: Ölən və yaralananlar var

ABŞ-ın Merilənd ştatında yerləşən bir parkda silahlı hücum olub. Bölgənin şerifi insident nəticəsində 3 nəfərin öldüyünü və bir neçə nəfərin yaralandığını özünün Twitter səhifəsində təsdiqləyib. CNN telekanalı isə şerifin müavininə istinadla 5 nəfərin yaralandığına dair məlumat yayıb. Hücum edən şəxsin cinayət yerindən qaçıb gizləndiyi, polisin onu axtardığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə