Şimali Koreyadan İran açıqlaması: "Qardaş olacağıq"

"Şimali Koreya və İran silah sahəsində uzun müddət dost və qardaş olaraq qalacaqlar." Axar.az xəbər verir ki, bunu Rusiyada səfərdə olan Şimali Koreya nümayəndə heyətinin rəhbəri An Don Çxon söyləyib. Onun sözlərinə görə, Şimali Koreya və İran ümumi düşmənə qarşı mübarizə aparırlar.

Qeyd edək ki, Şimali Koreya və İran arasında münasibətlər Qərbin Tehrana qarşı sərt sanksiyalarından sonra güclənib. Qərb İranın öz nüvə potensialını məhz Şimali Koreyanın hesabına inkişaf etdirdiyini iddia edib.

Bütün xəbərlər Facebook səhifəmizdə