İstanbulda 36 nəfər İŞİD tərəfdarı həbs olunub

İstanbul polisi İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 36 nəfəri həbs edib. Axar.az xəbər verir ki, saxlanılanların 31 nəfəri digər dövlətlərin vətəndaşlarıdır. Bununla belə, onların milli mənsubiyyəti açıqlanmır.

Yerli polis orqanlarının əməkdaşları şənbə günü antiterror əməliyyatları çərçivəsində İstanbuldakı 15 binada axtarış aparıblar. Həbs olunanlardan bir neçəsinin Suriya və İraqda İŞİD silahlıları tərəfdə vuruşduqları güman edilir. Axtarış zamanı, həmçinin təşkilata aid çox sayda sənəd və elektron avadanlıq ələ keçirilib.

Saxlanılan şübhəlilərlə bağlı araşdırmalar davam edir.

loading...