Rusiyada ana və üç övladı yanaraq ölüb

Rusiyanın Novqorod vilayətində ana və üç azyaşlı övladı yanğın zamanı ölüb. APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Poddorye qəsəbəsində, birmərtəbəli ikimənzilli fərdi yaşayış evində baş verib. Yanğının səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə