“Kommersant” açıqladı: Putin gizli toplantı keçirib!

Vladimir Putin növbəti il keçiriləcək prezident seçkiləri ilə bağlı namizədliyini noyabr ayında açıqlayacaq. Axar.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti Putinə yaxın mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, dövlət başçısı dekabr, yaxud yanvar ayının ilk günlərində müstəqil olaraq namizədliyini irəli sürəcək. Nəşr iddia edib ki, sözügedən məsələlərlə bağlı gizli toplantılar keçirilib.

Belə ki, birinci mərhələdə Putin namizədliyini təsdiq edəcək və bu qərar xalqa çatdırılacaq. Kreml rəhbərinin ictimai toplantılarda iştirak edəcəyi də istisna edilməyib. İkinci mərhələdə isə Putinin namizədliyi ilə bağlı texniki prosedurlar həyata keçiriləcək. Qeyd edək ki, 2018-ci ildə Rusiyada baş tutacaq prezident seçkilərinin dəqiq tarixi bəlli deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə