İŞİD terror təşkilatının lideri Əbubəkr Bağdadi yaşayır. Rusiyanın yaydığı məlumatlar həqiqəti əks etdirmir. Axar.az xəbər verir ki, bu sözləri Suriya İnsan Haqları İzləmə Təşkilatının sədri Rami Əbdürrəhman deyib.

“İŞİD terror təşkilatının bir çox liderləri öldürülmüşdü, amma heç biri bu qədər təhlükəli lider olmamışdı. İŞİD terror təşkilatının lideri Əbubəkr Bağdadi yaşayır. Rusiyanın yaydığı məlumatlar həqiqəti əks etdirmir. 2017-ci ilin sonuna qədər Suriyada İŞİD məhv ediləcək və təşkilat əlindəki əraziləri itirəcək”, - deyə o bildirib.

Qeyd edək ki, Rusiya Hava Kosmik Qüvvələrinin mayın 28-də Rakkaya endirdiyi zərbə nəticəsində Bağdadinin öldüyü ehtimal edilirdi. Rusiya Xarici İşlər Nazirliyi isə bu faktın araşdırıldılğını və hələlik, təsdiqini tapmadığını bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə