“Zirə” heyətini yunan futbolçu ilə gücləndirib

“Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib. Klubun rəsmi "Feysbuk" səhifəsində yer alan xəbərə görə, paytaxt klubu Anastasios Papazoğlunu transfer edib. 30 yaşlı müdafiəçi ilə 1 illik müqavilə bağlanılıb. Qeyd edək ki, yunanıstanlı futbolçu bundan öncə “Panserrakios”(Yunanıstan), “Olimpiakos” (Yunanıstan), APOEL (Kipr), “Xanti” (Yunanıstan), “Panetolikos” (Yunanıstan), “Apollon” (Yunanıstan) və OFİ (Yunanıstan) klublarında çıxış edib.

Xatırladaq ki, "Zirə" bundan əvvəl Elvin Məmmədov, Cavid Hüseynov, Elvin Camalov, Nicat Süleymanov (icarə), Boyan Zaqoviç, Miloş Bakraç və Soni Nordeni heyətinə qatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə