“Borussiya” Lüsyen Favr ilə müqavilənin müddətini uzadıb

Almaniyanın “Borussiya” futbol klubunun rəhbərliyi baş məşqçi Lüsyen Favr ilə müqavilənin müddətini uzadıb. Klubun saytında yer alan məlumata görə, müqaviləyə əsasən, 61 yaşlı mütəxəssis 2021-ci il iyunun 30-dək komandanı çalışdıracaq.

L.Favr 2018-ci ilin mayından Dortmund təmsilçisinə rəhbərlik edir. Komanda ötən mövsüm Almaniya çempionatında liderdən cəmi iki xal geri qalaraq 76 xalla ikinci yeri tutub. O, daha əvvəl “Nitsa”, “Borussiya Münxenqladbax”, “Herta” (Almaniya), İsveçrənin “Surix”, “Servet”, “İverdon” və “Eşalen” komandaların baş məşqçisi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə