Velosipedçilərimiz “Tokio-2020” üçün növbəti lisenziya xalları qazanıb

Türkiyənin Bursa şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı “Orxan Qazi” və “İldırım Bəyazid” turlarına yekun vurulub. SİA xəbər verir ki, veloturlarda Elçin Əsədov, Mikayıl Səfərli, Musa Mikayılzadə, Mahmud Məmmədov və Əli Qurbanovdan ibarət heyətlə mübarizə aparan Azərbaycan yığma komandası “Tokio-2020” Yay Olimpiya Oyunları üçün daha 18 lisenziya xalı qazanıb.

Yığma komandamızın lideri Elçin Əsədov 172 kilometrlik “Orxan Qazi” turunda finiş xəttini beşinci keçməklə 15,122 kilometrlik “İldırım Bəyazid” yarışında isə səkkizinci olmaqla daha üç xal əldə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə