“Liverpul”un hücumçusu Sadio Manenin evi oğrular tərəfindən soyulub. Hadisə “Liverpul” - “Bavariya” qarşılaşması zamanı baş verib. Oğurluq zaman evdə heç kim olmayıb. Oğrular evdən telefon, saat və maşın açarlarını götürüblər. Qeyd edək ki, 26 yaşlı seneqallı futbolçunun 2017-ci ilin noyabr ayında da başına belə bir hadisə gəlmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə