Neymar: "Yenidən meydana çıxmaq üçün səbirsizlənirəm"

PSJ-nin futbolçusu Neymar zədəsi ilə bağlı açıqlama verib. Belə ki, braziliyalı hücumçu ölkəsinin mətbuatına açıqlamasında meydana qayıdacağı vaxtı açıqlayıb: “Sağalma prosesi sürətli gedir. Müalicələrdən razıyıq. Yenidən meydana çıxmaq üçün səbirsizlənirəm. Zədəmin 8-10 həftə davam edəcəyi güman edilir”.
Xatırladaq ki, Neymar Fransa kubokunun 1/16 finalında "Strasburq"a qarşı matçda zədələnib. Onun sağ ayağında sınıq aşkarlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə