GİN ilin ən yaxşılarını mükafatlandırıb - YENİLƏNİB-SƏS TV

Gənclər və İdman Nazirliyi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ilin idman yekunlarına dair tədbir keçirib. SİA-nın məlumatına görə, tədbirdə Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, idman federasiyalarının rəhbərləri və idmançılar iştirak ediblər.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra 2018-ci il ərzində idmançılarımızın qazandıqları nailiyyətlərə və ölkəmizdə keçirilən mötəbər idman yarışlarına dair videoçarx nümayiş olunub.

Çıxış edən gənclər və idman naziri Azad Rəhimov 2018-ci ilin Azərbaycan idmanı üçün uğurlu olduğunu bildirib. Nazir il ərzində idmançılarımızın beynəlxalq arenalarda 753 medal qazandıqlarını, Azərbaycanın mötəbər beynəlxalq idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayıb.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxışında Azərbaycanda idmana göstərilən dövlət qayğısından danışıb və idmançılarımızın cari ildəki nailiyyətlərini yüksək qiymətləndirib. Ç.Hüseynzadə qeyd edib ki, son illər Azərbaycan mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməklə idman dövləti olduğunu bütün dünyaya bir daha göstərib.

Sonra müxtəlif nominasiyalar üzrə 2018-ci ilin ən yaxşıları mükafatlandırılıb.

İlin məşqçiləri

1. Vaqif Feyzullayev - güləşçi Eldəniz Əzizlinin məşqçisi

2. Fərhad İsmayılov - stolüstü tennis komandasının məşqçisi

3. Tərlan Həsənov - cüdoçu Hidayət Heydərovun məşqçisi

İlin ən yaxşı hakimləri

- Vaqif Hüseynağa oğlu Əliyev (həndbol)

- Anar Tofiq oğlu Babanlı (boks)

- Vahid Əlış oğlu Nəzərov (ağır atletika)

İdman yarışlarının yüksək səviyyədə təşkili və keçirilməsinə görə

- Azərbaycan Gimnastika Federasiyası

- Azərbaycan Cüdo Fedarasiyası

- Azərbaycan Velosiped İdmanı Federasiyası

İlin ən yaxşı federasiyası

- Azərbaycan Güləş Federasiyası

İlin yekunlarına görə ilin ən yaxşı komandası

- Qızlardan ibarət stolüstü tennis üzrə yığma komanda

İlin yekunlarına görə ən yaxşı idman həkimi

- Aytəkin Sahib qızı Rüstəmova (ldman həkimi nəzarəti şöbəsinin

müdiri)

İlin ən fəal veteranı

- Elmira Petrovna Safonina (qılınc oynatma, veteran)

İlin ən yaxşı idman qurguları

- Abşeron Olimpiya İdman Kompleksi

- Göygöl Olimpiya İdman Kompleksi

Bədən tərbiyəsi və idman sahəsi üzrə ilin elm adamı

Dilqəm Qasım oğlu Quliyev (ADBTİA - elmlər doktoru)

İlin ən yaxşi idman verilişlərinin jurnalisti (təşkilatçisi)

- Namiq MirRəşid oğlu Abbasov (ARB24 kanali)

İlin ən yaxşi ldman televiziya verlişləri kanalı

- Xəzər TV

İlin ən yaxşi idman agentliyi

- Rekord.az

İlin ən yaxşı televiziya verilişləri layihəsi

- "Bol idman" (İctimai TV)

Fəxri diplom

- Şahin Qaçay oğlu Mahmudov

- Fariz Abdulla oğlu Nəcəfov ("Qəbələ" Klubu)

- Rafiq Hüseyn oğlu Rəhimov (veteran güləşçi)

- Nadir İsa oğlu Əzizov (Kikboksinq Federasiyası)

- Elşən Qara oğlu Abbasov (Kikboksinq Federasiyası)

2018-ci ilin yekunlarına görə ilin ən yaxşı komandası: Azərbaycan milli olimpiya komandası

Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycanı layiqincə təmsil etdiyinə görə

1. Yelizaveta Luzan (bədii gimnastika) - I yer

2. Vüqar Talıbov (cüdo) - I yer

3. Turan Bayramov (sərbəst güləş) - I yer

4. Tarmerxan Babayev (ağırlıqqaldırma) - II yer

5. Cavad Ağayev (taekvondo) - III yer

6. Şahanə Nəzərova (qadın güləşi) - III yer

7. Nurlan Səfərov (boks) - III yer

Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının 2018-ci ilin yekunlarına əsasən, təsis etdiyi mükafatlar:

Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi: Rövnəq Abdullayev

Ədalətli oyun prinsiplərinin ən yaxşı təbliğatçısı: Orxan Qoca

Ədalətli oyun prinsiplərinə sadiq hakim: Emin Şaxtaxtinski

Ədalətli oyun prinsiplərinə sadiq məşqçi: Mariana Vasilyeva

Ədalətli oyun prinsiplərinə sadiq idmançı: Eldəniz Əzizli

Ədalətli oyun prinsiplərinə sadiq səfir: Fərid Mansurov

Aliyə Alkova, Rakif Əliyev, Zöhrə Əskərova, Səmayə Məmmədova və Elşən Şirinov dövlət qulluğundakı səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif ediliblər.

İlin ən yaxşı idmançıları

1. Eldəniz Əzizli (yunan-Roma güləşi) - Dünya və Avropa çempionu

2. Bayram Mustafayev (paracüdo) - Dünya çempionu

3. Hidayət Heydərov (cüdo) - Dünya və Avropa çempionatının mükafatçısı

4. Cəbrayıl Həsənov (sərbəst güləş) - Dünya və Avropa mükafatçısı

5. Radik İsayev (taekvando) - Avropa çempionu və Dünya Kubokunun mükafatçısı

6. Mixail Malkin (tamblinq) - Avropa çempionu

7. Pərviz Həsənov (dama) - Gözdən əlillər arasında dünya və Avropa çempionu

8. Şəhriyar Məmmədyarov (şahmat) - Dünya reytinqində 3-cü yerin sahibi

9. Elxan Əliyev (kikboksinq) - Avropa çempionatının mükafatçısı

10. Rafael Ağayev (karate) - dünya çempionatının mükafatçısı və Avropa çempionu

Aliyə Alkova, Rakif Əliyev, Zöhrə Əskərova, Səmayə Məmmədova və Elşən Şirinov dövlət qulluğundakı səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif ediliblər.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə