"Gələcəkdə baş məşqçilər robotlar olacaq"

“Yaxın gələcəkdə hansı oyunçunun əvəzetmədən meydana çıxacağını sosial şəbəkələrdə azarkeşlər arasında keçirilən sorğu ilə müəyyənləşdirəcəklər”. Bu sözləri “beIN Sports”a “Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger deyib. O, futbolda müasir texnalogiyaların tədbiq edilməsinin əleyhinə olduğunu bildirib: “Futbol bu yöndə irəliləyir. Köhnə fikirli insan olduğum üçün bu cür şeylərlə barışmaq mənim üçün çətindir. Amma hamı sosial şəbəkələrin müasir dünyadakı vacibliyini yaxşı anlayır. Gələcəkdə baş məşqçilərin yerində robotların əyləşməsi də mümküdür". Qeyd edək ki, A.Venger 1996-2018-ci illərdə London klubunu çalışdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə