İngilis klubu Cengiz Ünderi heyətinə qatmaq istəyir

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi İngiltərə "Arsenal"ı Türkiyə milli komandasının və İtaliyanın "Roma" klubunun gənc futbolçusu Cengiz Ünderi heyətinə qatmaq istəyir. "Report" "Daily Express"ə istinadən xəbər verir ki, London klubu artıq 21 yaşlı hücumçu üçün danışıqlara başlayıb.

"Arsenal"la yanaşı, Almaniyanın "Bavariya" klubu da Cengizin transferində maraqlıdır.

Qeyd edək ki, ötən mövsüm 26 oyuna 7 qola vura bilən Cengiz Ünder cari mövsüm bir qol və iki məhsuldar ötürmə ilə yadda qalıb. Daha öncə "Roma" istedadlı oyunçunu 60 milyon avrodan az məbləğə satmayacağını açıqlayıb. Qeyd edək ki, Cengiz Ünder İtaliya klubunda 2017-2018 mövsümün ən yaxşı gənc oyunçusu seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...