"Qarabağ"ın futbolçusu Bolqarıstan millisinə çağırılıb

"Qarabağ"ın futbolçusu Simeon Slavçev Bolqarıstan millisinə çağırılıb. Qol.az-ın yerli mətbuata istinadən yaydığı xəbərə görə, o, UEFA Millətlər Liqasında Sloveniya və Norveçlə görüşlər üçün yığmaya dəvət edilib.

Qeyd edək ki, Bolqarıstan sentyabrın 6-ı səfərdə Sloveniya ilə qarşılaşacaq, sentyabrın 9-u isə Norveçi qəbul edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə