Neymardan PSJ-yə tələb: "Maaşımı artırın!"

Mövsümün sonunda PSJ-dən ayrılmaq istəyən Neymar klub rəhbərliyinin qarşısına şərt qoyub.
Qol.az-ın xarici mətbuata istinadən yaydığı xəbərə görə, ulduz futbolçu rəhbərlikdən maaşının artırılmasını tələb edib. Braziliyalı hücumçu yalnız bu halda komandada qala biləcəyini bildirib.

Qeyd edək ki, Neymar hazırda PSJ-də həftəsinə 750 min avro qazanır. O, bu məbləğin 1,13 milyon olmasını istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə