Məleykə Abbaszadə vətəndaşları qəbul edib

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə avqustun 10-da Lerik rayonunda vətəndaşları qəbul edib. Bu barədə SİA-ya DİM-in Mətbuat xidmətindən məlumat verilib.

Qəbulda Lerik rayonunun sakinləri ilə yanaşı Lənkəran, Astara, Masallı və digər rayonların sakinləri də iştirak ediblər.

DİM Direktorlar Şurasının sədri görüşdən əvvəl Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb.

Görüşdə, əsasən, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul, ixtisas seçiminin aparılması, vakant dövlət qulluğu vəzifələri, namizədlərlə müsahibələrin keçirilməsi və s. məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciətlər edilib.

Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilib, DİM-in səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həll edilib. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb. Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M.Abbaszadə tərəfindən dinlənilmiş və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...