Əlikram Hümbətov-Emin Milli birliyi arxasında dayanan mənfur gerçəklik - ANALİTİK

Bu günlərdə bir daha bəlli oldu ki, Azərbaycanda dövlət rəhbərliyi tərəfindən yürüdülən çoxşaxəli və uğurlu siyasətə qarşı köklənmiş daxili və xarici düşmənlər əldə edilən hər bir nailiyyətə, ölkə başçısı tərəfindən atılan hər bir nəcib addıma kölgə salmaq üçün mənfur fəaliyyətlərini davam etdirməkdədirlər. Və belə bir fəaliyyətin müxtəlif “layihələr” adı altında və erməni lobbisinin xərclədiyi pullar hesabına reallaşdırılması əlbəttə ki, vətənsevər, dövlətçilik maraqlarına sadiq qalan hər bir azərbaycanlını hiddətləndirir. Elə də uzağa getməyərək, bir neçə gün öncə Milli Mətbuat Gününün 142-ci ildönümü münasibəti ilə dövlətimiz tərəfindən jurnalistlərə verilən 255 mənzilin təqdim olunması mərasiminin ardınca, bəzi məkrli insanların bu mütərəqqi və dünyada analoqu olmayan addıma qarşı çirkin xislətlərini ortaya qoyması, məhz bu məsələdə Almaniyada və Avropanın müxtəlif ölkələrində ofisləri olaraq fəaliyyət göstərən “Meydan TV” adlı anti-Azərbaycan şəbəkəsinin canfəşanlıq göstərməsini göstərə bilərik. Kiçik xatırlatma edərək onu da qeyd edə bilərik ki, bu məsələdə “Meydan TV”-nin rəhbəri funksiyasını icra edən və özünü “siyasi dissident” kimi Avropa ictimai rəyinə sırıyan Emin Milli digər əlaltısı Həbib Müntəziri ortaya atmışdı. Lakin reallığa sağlam düşüncələri ilə qiymətləndirməyi bacaran çoxminli jurnalist cameəsi bu xəyanətkarların cavablarını verərək, susdurmağa nail oldu. Növbəti dəfə sübut olundu ki, bu gün adıçəkilən qurum əslində erməni lobbisinin əlində Azərbaycana qarşı işlədilən silahdır.

Erməni Onnik Krikorian “Meydan TV”-nin ermənilərə işləməsi faktını necə açdı?

Təkcə “Meydan TV” ilə bağlı yayılan daha bir informasiya bu qurumun erməni dairələri ilə sıx əməkdaşlıqda olmasını kifayət qədər təsdiq edir.

Məsələn, bir müddət öncə “Meydan TV”-nin saytında qondarma erməni soyqırımını tanımağa yönəlmiş fakt ifşa olunduqdan sonra, növbəti xəbər bu ermənipərəst media qurumunun bilavasitə erməni lobbisinin əlində oyuncaq olduğunu sübuta yetirib. Daha dəqiq desək, bu TV-nin istər birbaşa, istərsə də dolayı yollarla erməni şəbəkəsi ilə əlaqələrinin olması elə həmin qurumda çalışan bir erməni tərəfindən etiraf edilib. Məsələ ondaydı ki, hazırda Gürcüstanın paytaxtı Tbilisidə məskən salan erməni jurnalist Onnik Krikorian özünün tvitter hesabında elan paylaşaraq, “Meydan TV”yə işçi axtarıldığını bəyan etmişdi. Aparılan araşdırmalardan sonra isə məlum olmuşdu ki, Onnik Ceyms Krikorian Britaniyada doğulmuş erməni jurnalisti və fotoqrafıdır. 2013-cü ildən başlayaraq, Tbilisidə keçirilən “4M Journalism and Social Media” forumunda həm təşkilatçı həm də fəal kimi tanınır. Belə ki, adıçəkilən forum Cənubi Qafqazın hər 3 ölkəsindən olan jurnalistləri bir yerə toplayır və təşkilatçılara lazım olan “ideyalarla” təlimatlandırır. Yəni onların forumlarına qatılan media nümayəndələri “verbovka” olunur. Daha sonra isə onlar layihəni maliyyələşdirən şəbəkənin maraqlarına uyğun işlərə doğru istiqamətləndirilirlər. “Meydan TV” üçün verilən elanda isə bildirilir ki, həftədə 40 iş saatı və aylıq 1000 avro məvaciblə Tbilisidə yerləşmək şərtilə layihə meneceri axtarılır. Bu zaman növbəti sual yarandı - bəs özünü qeyri-kommersiya qurumu kimi təqdim edən “Meydan TV” götürəcəyi işçilərinə bu pulu haradan ödəyəcək? Şübhəsiz ki, Krikorianın da bağlı olduğu erməni şəbəkəsinin və bu şəbəkələri maliyyələşdirən zəngin erməni lobbisinin cibindən. Yəni bu fakt özü-özülüyündə hər şeyi tam çılpaqlığı ilə ortaya qoymuş oldu. Bu baxımdan, əldə edilən növbəti informasiya “Meydan TV” ilə bağlı irəli sürülən iddiaların təsdiqi və davamı kimi qəbul edilə bilər.

Toeral Goemmatov və ya Tural Hümbətov – xəyanətkar Əlikram Hümbətovun satqın oğlu

Mediada sürətlə yayılan daha bir araşdırma xarakterli məlumatda bildirilir ki, 7 il öncə, 2010-cu ilin 4 may tarixində “Youtube”də “Azərbaycanda Demokratiya Komitəsi (CODA) mediaya azadlıq istəyir” başlığı ilə video yayımlanıb. Həmin videoogörüntülərdə iki gənc bağıra-bağıra Azərbaycanda media azadlığından danışaraq jurnalistlərin müdafiəsinə qalxdıqları görüntüləri yer alıb.. Bu adamlar “Ramal en Toural Tomatov” (holland dilində) olaraq təqdim olunur. (https://www.youtube.com/watch?v=hAv8vd7CIAE).

Həmin tarixdən 6 ay sonra, 2010-cu ilin 9 noyabrında isə Azərbaycanın Hollandiyadakı səfirliyinin önündə aksiya keçirilib və həmin dövrlər həbsdə olan Emin Milli ilə Adnan Hacızadənin “hüquqlarının müdafiəsi” istiqamətində şüarlar səsləndirilib. Həmin aksiyanın təşkilatçısı isə Toeral Goemmatov idi, yəni 6 ay öncə yayılmış əvvəlki videoda danışarkən, ağzına “çullu dovşan” yerləşməyən fərd. (https://www.youtube.com/watch?v=hw2_SkaASkI).

Beləliklə, sözügedən aksiyadan bir gün öncə Toeral Goemmatovun adından “press-reliz” yayılmış və “əziz azərbaycanlılar sizi Azərbaycan səfirliyinin önündə aksiyaya dəvət edirik. CODA-nın sədri Toeral Goemmatov” deyə qeyd olunmuşdu. Aksiya keçirildi və eşşək geyimli şəxslər Emin Milli ilə Adnan Hacızadəyə azadlığa buraxılmaları üçün Azərbaycan dövlətçiliyinə qarşı müxtəlif şüarlar səsləndirməklə yanaşı, eşşək anqırtıları da çıxarıblar.

“Meydan TV” adlı düşmən yuvası bu gün də eyni fəaliyyətini davam etdirir və həmin fəaliyyəti əsasında digər faktlar üzə çıxır. Məsələn, hazırda Emin Milli və Adnan Hacızadə 2017-ci ilin 7 iyunun tarixində qurumlarının Tbilisidə yuva quran anti-Azərbaycan şəbəkəsinin üzvü Əfqan Muxtarlının ədalət qarşısına çıxarılmasının əleyhinə videosüjet hazırladılar. Həmin videoda Azərbaycanla yanaşı, Gürcüstan dövləti də tənqid olunur. Məhz bu dəfə ortaya çıxan fakt “Meydan TV”-nin ermənilərlə və separatçılarla əlaqəsini təkzib edilməyəcək dərəcədə sübuta yetirmiş olur. Düzdür, ilk baxışdan ortada elə bir əlaqə görünməyə bilsə də, süjetin sonunda bir qeyd diqqət çəkir: “in partnership with Coda” (Coda ilə əməkdaşlıq). Və bu qeyd Azərbaycanın dövlət quruluşuna qarşı “azadlıq və demokratiya” adı altında qurulan şəbəkəni ifşa edir.

Əldə edilən məlumatda bildirilir ki, CODA (Committee Outlines of Democracy in Azerbaijan): Azərbaycanda Demokratiya Komitəsi. Bu təşkilat 2010-cu ilin 19 may tarixində Hollandiyada qeydiyyatdan keçib, Voorburg şəhərində fəaliyyət göstərir. Rəsmi ünvanı belədir: Herman Heijermanshof 25. Rəhbəri Toeral Goemmatovdur.

Və əsl həqiqət! Özünü Toeral Goemmatov kimi təqdim edən şəxs Azərbaycan dövlət quruluşunun bölünməsinə hesablanan separatçı fəaliyyəti ilə məşhurlaşmış, vaxtilə məhz separat fəaliyyətinə görə həbs edilən, daha sonra Hollandiyaya köçən, hazırda Ermənistanda “qəhrəman” kimi qarşılanan və talışların adından yararlanaraq, on minlərlə pul qazanan, həmçinin, məhz bu ad altında Azərbaycana qarşı separatçılıq işini davam etdirən Əlikram Hümbətovun oğlu Tural Hümbətovdur! Ə.Hümbətov 2010-cu ildə bu təşkilatı yaradıb, rəhbərliyinə isə oğlu T.Hümbətovu təyin edib. T.Hümbətovun rəhbərlik etdiyi CODA təşkilatı “Talış Azadlıq Hərəkatı” adlı separatçı təşkilatla eyni ünvanda – Voorburg şəhəri, Herman Heijermanshof 25-də yerləşir. 7 il öncə Hollandiyada Azərbaycan səfirliyinin önündə Emin Milli və Adnan Hacızadənin “müdafiəsi uğrunda” keçirilən aksiya da məhz bu ünvanda hazırlanmışdı.

Meydan TV” Ə.Hümbətovun təşkilatının adını tərəfdaşı kimi göstərərək, separatçılarla işbirliyini açıqlayıb

Məhz bu faktın özü belə qənaətə gəlməyə zəmin yaradır ki, Avropada cah-cəlallı həyat içində yaşayaraq, Azərbaycan xalqının haqları uğrunda “döyüşdüyünü” iddia edən Emin Millinin və onun rəhbərlik etdiyi “Meydan Tv”-nin ermənilərin maddi və siyasi dəstəyinə söykənərək, Azərbaycan dövlət quruluşuna qarşı təkcə separatçı yox, həm də terrorçu kimi (dövlət maraqlarının məhvinə çalışmaq da terrorçuluğun tərkib hissəsidir) fəaliyyət göstərən Ə.Hümbətovla işbirliyini sübut edir.

Bəli, “Meydan TV” özünü “təmizə” çıxarmaq üçün iddia edə bilər ki, tərəfdaşlıq etdikləri Coda özünü böhran jurnalistləri komandası olaraq təqdim edən “Codastory” təşkilatıdır. Belə ki, bu təşkilatın baş ofisi Nyu-Yorkda yerləşir, Cənubi Qafqaz üzrə ofisi isə “14 Paolo Iashvili Street, Tbilisi 0105” ünvanındadır. Lakin bu təşkilatın rəsmi saytında “Meydan TV”-i ilə əməkdaşlıq barədə ümumiyyətlə, heç bir məlumat yoxdur.

Artıq o da bəlli olur ki, Meydan TV” Ə.Hümbətovun təşkilatının adını tərəfdaşı kimi göstərərək, separatçılarla işbirliyini açıqlayıb. Bununla da aydın olub ki, E.Milli pula görə, istənilən separatçı qurumları öz qurumunda reklamınmı aparmağa hazırdır. Ancaq o da sirr deyil ki, E.Milli-Ə.Hümbətov iş birliyi bütövlükdə Azərbaycanın dövlət maraqlarına qarşı köklənib və əsas hədəfləri də anti-Azərbaycan xarakterli fəaliyyət göstərməkdir.

Aşırı həyasızlığın və siyasi fahişəliyin aşkar nümunəsi

Halbuki, Ə.Hümbətov hələ Azərbaycanda olarkən, separatçılıq planlarını ortaya çıxaranda, cənb bölgəsinin vətənsevər övladları onu demək olar ki, iti qovan kimi qovdular. Hətta Ə.Hümbətov insanların əlinə keçsəydi, mütləq kütlənin ayaqları altında linç ediləcəkdi. İndi bu ünsürün müstəqil və suveren Azərbaycanın varlığını tanımaması ilə oğlunu Azərbaycanda “söz və ifadə azadlığı” uğrunda “mübariz” kimi göstərməsi ümumiyyətlə, heç bir çərçivəyə sığmamaqla yanaşı, onun və E.Milli kimi dəstək vericilərinin aşırı həyasızlığı, siyasi fahişəliyi kimi göstərilməlidir. Bu gün Azərbaycan dövltçiliyi əleyhinə fəaliyyət göstərən və erməni lobbisinin maliyyəsi qaynağından istifadə etmiş və etməkdə olan bütün qurumlarla iş birliyi quran “Meydan TV”nin iç üzünün növbəti dəfə açılması bir daha həmin ünsürlərin erməni maraqlarına nökərçilik etmələrini sübuta yetirir. Həmçinin, “Freedom House”, “People in Need”, “Human Rights Watch”, “NDI” və s.kimi təşkilatların da həmin ünsürlərə dəstəkləri özü-özlüyündə bütün nüansları faş edir.

Ə.Hümbətova, E.Milliyə və son vaxtlar adı hallanan Ə.Muxtarlıya gəlincə, Gürcüstanın “kavkazplus” saytının bir neçə həftə öncəki qeydləri diqqət çəkməyə bilməz. SİTAT: “Ermənilər Azərbaycanda talış və ləzgilər arasında satqınları taparaq, onlara maliyyə dəstəyi ayırır, xüsusilə media sahəsində kömək edir. Misal üçün, işğal olunmuş Şuşada yaradılan “Talışıstanın səsi” radiosu belə layihələrdəndir. Bu işi İrəvan rejimi və erməni lobbisi həyata keçirir. Erməni lobbisi analoji addımları Gürcüstana qarşı da atmağa başlayıb. Ermənilər Azərbaycan və Gürcüstana qarşı separat fəaliyyəti erməni lobbisinə bağlı KİV üzərindən aparılır”.

Əlikram Hümbətov-Emin Milli birliyi arxasında dayanan mənfur gerçəkliyə isə bir ad vermək olar - milli xəyanət, separatçılıq və şərəfsizlik! Bizcə, əlavə şərhə də ehtiyac qalmır...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə