BSU tələbələri Cocuq Mərcanlıda

Bir həftədir ki, Bakı Slavyan Universitetinin IV kurs tələbələri Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd məktəbində pedaqoji təcrübə keçirlər. Təcrübə rəhbəri, BSU-nun Rus dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Ərkinaz Məmmədhəsənzadə, tələbələr - Azərbaycan filologiyası və jurnalistika fakültəsinin tələbələri Samir Abdulov, Leyla Hacıyeva, SABAH qruplarının rus dili müəllimliyi üzrə təhsil alan tələbəsi Zarema Tintinova, pedaqoji fakültənin rus dili müəllimliyi ixtisası üzrə təhsil alan tələbəsi Ülviyyə Mədətova, həmin fakültənin təhsildə sosial psixoloji xidmət ixtisasının tələbəsi Kamilə Abbasova pedaqoji təcrübə zamanı bir sıra maraqlı tədbirlərdə iştirak ediblər.
Tələbələr Cocuq Mərcanlıda yaradılan şəraitdən, məktəb kollektivinin qonaqpərvəliyindən razı qalıblar. Pedaqoji təcrübə zamanı tələbələr məktəblə yaxından tanış olub, Cocuq Mərcanlıda yerləşən «Qayıdış» parkına ekskursiya ediblər. Tələbələr dərs zamanı şagirdlər arasında maraqlı müsabiqələr, psixoloji sorğular keçiriblər. Təcrübə müddətində nəzərdə tutulan tədbirlər barədə müzakirələr aparıblar.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...