Rusiya Trampın münasibətləri normallaşdırmaq istəyini alqışlayır

“Rusiya ABŞ prezidenti Donald Trampın Moskva ilə münasibətləri normallaşdırmaq arzusunu alqışlayır, lakin bu niyyətin nə dərəcədə administrasiya səviyyəsində həyata keçirildiyi sual altındadır”. SİA-nın xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin şöbə müdiri Vladimir Ermakov bildirib.

Trampın ardıcıl prezident olduğunu deyən şöbə müdiri söyləyib ki, ABŞ lideri seçki kampaniyası dövründə vəd etdiklərinə əməl edir: “ O açıq şəkildə Rusiya ilə münasibətləri normallaşdıracağını bildirmişdi və hazırda bu məsələ yüksək danışıqlar səviyyəsində aparılır”.

Onun sözlərinə görə, əsas problem Amerika administrasiyasında Trampın Rusiya ilə münasibətlərin normallaşdırılması ilə bağlı verdiyi vədlərin yerinə yetirilməməsidir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə