Erməni ekspert: "Ermənistan informasiya müharibəsində də Azərbaycana uduzur"

Ermənistanla Azərbaycan arasındakı informasiya mübarizəsində Ermənistan tərəfinin informasiya siyasəti çox zəifdir. Trend-in məlumatına görə, bunu separatçı erməni KİV-lərinə müsahibəsində informasiya təhlükəsizliyi məsələləri üzrə ekspert Samvel Martirosyan deyib. Ekspert bildirib ki, Ermənistanın informasiya siyasətini “dondurulmuş” hesab etmək olar: “Blokada vəziyyəti ilə əlaqədar iqtisadiyyatı çökən və ölkəni talamış Sarkisyan rejiminin uzun illər hakimiyyətdə qaldığı Ermənistan rəsmi Bakı ilə bərabər informasiya mübarizəsi aparmaq iqtidarında deyil”.

S.Martirosyan qeyd edib ki, 2016-cı il aprel döyüşləri bu sahəyə böyük təsir göstərdi və bəzi məsələlərin təkrar nəzərdən keçirilməsinə səbəb oldu. Ekspert həmçinin internetin Ermənistan seqmentində saxta xəbərlərin çoxluğundan şikayət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə