"Telegram"-a girişə məhdudiyyət aradan qaldırılıb

İran hakimiyyəti "Telegram"-a girişə məhdudiyyəti aradan qaldırıb.

Hazırda İran sakinləri yenidən "Telegram" messencerindən istifadə edir.

Qeyd edək ki, 28 dekabr 2017-ci ildə İranda başlayan etiraz aksiyalarından sonra dekabrın 31-də "Reuters" agentliyi hakimiyyətin "Instagram" sosial şəbəkəsi və "Telegram"-a girişi müvəqqəti bağladığı barədə məlumat yayıb. Yanvarın 7-də İran hakimiyyəti "Instagram" sosial şəbəkəsinə girişə məhdudiyyəti aradan qaldırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...