Hacıqabulda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. "Report"un Aran bürosu xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobillə "Lada" markalı avtomobil toqquşub. Qəza zamanı Ağcabədi rayon sakinləri - 1975-ci il təvəllüdlü Güləliyeva Nəcibə Muğan qızı, 2004-cü il təvəllüdlüMuradlı Qətibə Baxşeyiş qızı, Gəncə sakini - 1956-cı il təvəllüdlü Mahmudova Sənubər Qədim qızı və Rusiya Federasiyasında qeydiyyatda olan, 1982-ci il təvəllüdlü Qocayev Fariz Tahir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra yaralılar Travmatologiya şöbəsinə yerləşdirilib. Yaralıların vəziyyətlərinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə