Oğuzda minik avtomobili çaya düşüb, sürücü ağır xəsarət alıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, dünən axşam Oğuz rayonu Xalxal-Qışlaq kənd sakini, 1974-cü il təvəllüdlü Kamran Qurban oğlu Əzizovun idarə etdiyi “VAZ 21015” markalı minik avtomobili Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuzun Muxas kəndi ərazisindən keçən hissəsində idarəetmənin itməsi səbəbindən çayın üzərindəki körpüdən aşaraq çaya düşüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Kamran Əzizov Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Ona döş qəfəsinin qapalı travması, qabırğaların sınığı diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı DİN-in Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə