Mingəçevirdə mənzildən oğurluq olub

Mingəçevirdə mənzildən oğurluq hadisəsi baş verib. "Report”un Şirvan bürosu xəbər verir ki, şəhərin Aydın Məmmədov küçəsi, 7 ünvanında yerləşən binanın ikinci mərtəbəsində yerli sakin Sevda Abdullayevaya məxsus mənzil qarət olunub.

Əldə edilən məlumata görə, evdən təqribən 30 min manat dəyərində qızıl-zinət əşyaları və pul oğurlanıb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə