Braziliyanın Minas Jerays ştatında ağır yol qəzası nəticəsində azı 13 nəfər ölüb, 39 nəfər xəsarət alıb.

İki mikroavtobus, iki minik və yük maşını toqquşduqdan sonra hadisə yerində yanğın başlayıb, yolun hər iki istiqamətdə avtomobillərin hərəkətində problem yaranıb.

Qəza Belu-Orizonti şəhərinə aparan magistral yolda baş verib.

Xəsarət alanlar xəstəxanalara yerləşdirilib, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə