Göyçayda piyadanı vurub qaçan sürücü müəyyən edilib

Noyabrın 21-də Göyçay Rayon Polis Şöbəsinə (RPŞ) Potu kənd sakini Cavad Kərimovun naməlum avtomobil tərəfindən vurulması nəticəsində xəsarət alması ilə bağlı rayon mərkəzi xəstəxanasından məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin rayonun Hüngütlü kənd sakini Mobil Fərəcov olması müəyyən edilib. Araşdırmalarla məlum olub ki, Mobil Fərəcov noyabrın 21-də axşam saatlarında Göyçay-Ucar avtomobil yolunun Potu kəndi ərazisində hərəkətdə olarkən ehtiyatsızlıqdan piyada C.Kərimovu vurub və hadisə yerindən uzaqlaşıb. Hadisəni törədərkən sürücünün sərxoş olduğu, eləcə də avtomobili sürücülük hüququ olmadan idarə etdiyi aşkarlanıb.

Faktla bağlı Göyçay RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə