Gələn həftədən bağlanmış banklarda 17 min manatadək əmanətlərin qaytarılmasına başlanılacaq

Ləğv prosesində olan “Atrabank” ASC”, “Royalbank” ASC, “Kredobank” ASC, “Zaminbank” ASC, “Bank of Azerbaijan” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, QSC “Bank Standard” KB, “Yunayted Kredit Bank” ASC, “Texnikabank” ASC, “Dəmirbank” ASC və “Gəncəbank” ASC-də fiziki şəxslərin 17 000 (on yeddi min) manat ekvivalentinədək kreditor tələbinin ödənilməsinə “Kapitalbank” ASC vasitəsilə oktyabrın 16-dan başlanacaq.

Bu barədə Trend-ə Əmanətlərin Sığortalanması Fondundan bildirilib. Fiziki şəxslərin kreditor tələbinin ödənilməsi ilə bağlı “Kapitalbank” ASC-nin filial şəbəkəsi və lazım olan sənədlər barədə əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...