Bakı-Rusiya sərhədi arasında tikiləcək yeni avtomobil yolu ödənişli olacaq. Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 2018-ci ildə qarşıya qoyulan əsas vəzifə Bakı-Rusiya sərhədi istiqamətində yeni avtomobil yolunun tikintisidir. Bu avtomagistral yolun 43-cü kilometrliyində yerləşən Tağıyev qəsəbəsindən 208-ci kilometrədək olan hissəni əhatə edir. Dörd cərgəli, birinci dərəcəli geniş yol gələcəkdə ilk ödənişli yol olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə