Azərbaycan-Gürcüstan biznes-forumunun vaxtı dəyişdirilib

Gürcüstan Hökumətində struktur dəyişikliyi ilə əlaqədar Caspian European Club çərçivəsində Azərbaycan-Gürcüstan biznes-forumu və üçüncü CEO Lunch Tbilisi-nin vaxtı dəyişdirilərək dekabrın 15-nə keçirilib.

Bu barədə Trend-ə "Caspian European Club"un sədrinin birinci müavini Telman Əliyev məlumat verib. Onun sözlərinə görə, arzu edənlər dekabrın 14-dək http://www.caspianenergy.org/index.php/az/registration/item/133-azerbajdzhano-gruzinskij-biznes-forum linki vasitəsilə qeydiyyatdan keçə bilərlər. O qeyd edib ki, Gürcüstan və Azərbaycan arasındakı ikitərəfli əlaqələrə həsr olunmuş biznes-forumda Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və Kvemo-Kartli bölgəsinin qubernatoru Qriqol Nemsadze üzv şirkətlərin rəhbərləri ilə görüş keçirəcək və onları maraqlandıran suallara cavab verəcəklər.

T.Əliyev əlavə edib ki, biznes-forumdan sonra fəxri qonaq qismində Gürcstan Hökumətinin üzvlərinin iştirak edəcəkləri ənənəvi CEO Lunch təşkil olunacaq. T. Əliyev CEO Lunch Tbilisi-nin sponsoru PASHA Bank Georgia-nın rəhbərliyinə minnətdarlığını bildirib. O həmçinin birinci CEO Lunch Tbilisi-nin Caspian Energy Georgia-nın fəaliyyətinin rəsmi yenilənməsi mərasimi çərçivəsində Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin iştirakı ilə sentyabrın 29-da Gürcüstanda keçirildiyini xatırladıb.

Telman Əliyev 2018-ci il martın 30-da Gürcüstan və Azərbaycan hökumətlərinin, həmçinin Caspian European Club-un dəstəyilə 5-ci Beynəlxalq Caspian Energy Forum-un təşkil olunacağını söyləyib. Forumun açılışında Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin iştirakı planlaşdırılır. Gürcüstan və Azərbaycanın dövlət qurumları ilə özəl sektoru arasında dialoqun nizamlanması üçün aparıcı vasitələrdən sayılan CEO Lunch Tbilisi həmçinin qeyri-rəsmi şəraitdə ünsiyyət və yeni işgüzar əlaqələrin qurulması üçün əlavə imkanlar yaradır.

T.Əliyev qeyd edib ki, Caspian European Club CEİBC şirkətlərinin top-menecerlərinin iştirakı ilə hər ayın üçüncü çərşənbə günü Bakıda və hər ayın sonuncü cümə günü Tbilisidə CEO Lunch təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə